"Suriyanın Şərqi Guta bölgəsində atəşkəsə əməl olunmur"

“BMT Təhlükəsizlik Şurası Suriyanın Şərqi Guta bölgəsində atəşkəslə bağlı qərar qəbul etsə də, təəssüf ki, qərara əməl olunmur”.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Əlcəzairə yola düşərkən Atatürk hava limanında jurnalistlərə bildirib.

“Biz bir neçə ay əvvəl Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhaniyə "oradakı uşaq və yaşlıları bizə verin müalicə edək" dedik. Ancaq onları bizə vermədilər, rejimə təslim etdilər. Fransa prezidenti Emmanuel Makronla da bugünkü telefon danışığında bu məsələni müzakirə etdik. Onun da məsələyə həssaslıqla yanaşdığını və narahat olduğunun gördüm” - deyə Ərdoğan vurğulayıb.

Macarıstanda Xocalı ilə bağlı kütləvi tədbirlər keçirilib - FOTOLAR - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR