Avrasiya ittifaqının Ermənistana heç bir xeyri yoxdur

Avrasiya ittifaqının Ermənistana heç bir xeyri yoxdur
06:06 11 Yanvar 2015
168 Dünya
Ölkə mətbuatı
A- A+

"Avrasiya iqtisadi birliyi (Aİİ) Ermənistan üçün yalnız hipotetik imkanlar yaradır." ANS PRESS-in məlumatına görə, bunu Ermənistanın “İrs” partiyasının parlament fraksiyasının katibi Tevan Poqosyan bildirib.

“Ermənistanı Avrasiya iqtisadi ittifaqına üzv edən bu sənəd hipotetik imkan daşıyır. Hələ ki, bu yöndə real addımlar atılmayacaq. Ümumiyyətlə Ermənistan buna hazırdırmı? Sərmayələr barədə çox danışılır. Lakin mən Aİİ ölkələrinə sərmayə qoyulacağına ümüd etmirəm. İxrac barədə çox danışılır. Lakin Ermənistanın ixrac üçün nəsə edəcəyinə və bu imkandan istifadə edəcəyinə inanmıram. Sadəcə daha əvvəl hansı iş adamları ixrac edirdisə, onlar da davam edəcək”- deyə Poqosyan bildirib.

Poqosyanın sözlərinə görə, təşkilata üzv olmanın hipotetik yeganə müsbət cəhəti Rusiyada olan erməni miqrantlara toxunacaq. “Lakin Rusiyada olan iqtisadi vəziyyəti nəzərə alsaq onda miqrantların çoxu da sadəcə Ermənistana qayıdacaq. Burada da digər problem yaranır. Problem budur ki, bizim iqtisadiyyatımız belə bir çevrilişə hazır deyil və dövlət o insanların işlə təmin edilməsini həyata keçirə bilməz”- deyə Poqosyan bu müsbət cəhəti də effektsiz görür.

Qeyd edək ki, bu il yanvar ayının birindən etibarən Ermənistan Avrasiya iqtisadi ittifaqının üzvüdür.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=21&nid=318381

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR