Xəstənin böyrəyindən görün nə çıxdı

İraqın Zaho şəhərində yaşayan və narahatlığı səbəbi ilə Batmandakı özəl xəstəxanaya gətirilən xəstənin böyrəyindən 100 ədəd daş çıxarılıb.

Metbuat.az xəbər verir ki, İraqın Türkiyə ilə sərhədində yerləşən Zaho şəhərində sənətkarlıqla məşğul olan Hazım Məhəmməd Əbdüləziz adlı şəxs böyrək sancılarına çarə tapmadığı üçün Türkiyəyə gələrək, Batmanda müayinə olunub.

Özəl xəstəxanaların birində həyata keçirilən əməliyyatla xəstənin böyrəyindən 100-dən artıq daş çıxarılıb.

Əbdüləziz "Daha öncə İraqdakı həkimlər böyrəyimi almaq istəyirdilər. Yaxşı ki, Batmana gəldim, müayinə oldum. Böyrəyimdən çoxlu daş çıxdı. Bu tamamilə, az su içdiyimdən qaynaqlanır. Daşları xatirə olaraq saxlayacam"-deyərək açıqlama verib.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR