Cəlilabad sakini külli miqdarda tiryəklə tutuldu

Külli miqdarda narkotik vasitə olan tiryək aşkarlanaraq dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən əldə edilən məlumat əsasında keçirilən əməliyyat nəticəsində Cəlilabad rayon sakini Rəşad Abışov şübhəli şəxs qismində saxlanılıb.

Şöbədə hal şahidlərinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilən zaman 10 kiloqram 710 qram narkotik vasitə olan tiryək aşkar edilib. Saxlanılan şəxs götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil verilib. R.Abışov ifadəsində tiryəki satmaq məqsədi ilə əldə etdiyini bildirib.

Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qarajda naməlum qutu tapdı, içindən çıxanlarla nə edəcəyini bilmədi - FOTOLAR - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR