Qəzaya uğrayan təyyarə hissəsi ilə “selfi” çəkdilər (FOTO)

Qəzaya uğrayan təyyarə hissəsi ilə “selfi” çəkdilər (FOTO)
06:41 11 Yanvar 2015
213 Dünya
Ölkə mətbuatı
A- A+

"AirAsia" sərnişin təyyarəsinin arxa hissəsi Yava dənizindən çıxarılıb.

ANS PRESS-in məlumatına görə, lakin təyyarənin arxa hissəsində yerləşən səs və uçuş məlumatını toplayan qara qutu hələ də tapılmayıb.

Qutunun aşkarlanması dekabrın 28-də 162 şərnişinli təyyarənin qəzasının səbəbinin müəyyən edilməsi üçün əsas faktordur. Ola bilər buna görədir ki, faciənin əsas dəlilini tapan xilasedicilər təyyarənin arxa hissəsi ilə çəkilən şəkildə sevinclərini gizlədə bilmirlər.

Həmçinin, axtarış komandaları cümə günü 30 mertlik dərinlikdən qara qutunun siqnallarını almışdı.

Xatırladaq ki, "Airbus 320" Yava dənizinin şimalında radardan itmişdi. Surabayadan Sinqapura istiqamət alan təyyarənin şərnişinlərinin yalnız 48-nin cəsədi aşkar edilib.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=318974

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR