Azərbaycandan tranzit yolla narkotik daşınması halı qeydə alınmayıb

Azərbaycandan tranzit keçməklə Türkiyədən Moldovaya yük aparan hər hansı nəqliyyat vasitəsi qeydə alınmayıb.

Bu barədə Metbuat.az-a Dövlət Gömrük Komitəsindən Azərbaycandan tranzit yolla Əfqanıstandan Avropaya narkotiklərin daşınması barədə yayılan məlumatlara münasibət bildirərkən deyiblər.

Ötən gün Moldovanın prokurorluq və sərhəd polisi rəsmilərinə istinadən Əfqanıstandan Avropaya narkotiklərin daşınması barədə məlumatlar yayımlanmışdı. Məlumatda narkotik vasitələrin daşındığı ehtimal edilən marşrutlar sadalanıb və bu marşrutlarda adları sadalanan ölkələr arasında Azərbaycanın da olduğu qeyd edilib.

DGK bəyan edir ki, ölkəmizin gömrük orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı qətiyyətli mübarizə aparır və Azərbaycandan tranzit keçməklə Türkiyədən Moldovaya yük aparan hər hansı nəqliyyat vasitəsi qeydə alınmayıb.

Rezidenturaya qəbul olmaq istəyənlərin - NƏZƏRİNƏ - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR