Play Store

Prokurorluq orqanlarında işləmək istəyənlərin - NƏZƏRİNƏ

Dövlət İmtahan Mərkəzi (DİM) Baş Prokurorluğu ilə birgə Prezidentin 2001-ci il 19 iyun tarixli fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında" əsasnaməyə müvafiq olaraq prokurorluq orqanlarında işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.

DİM-in mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, işə qəbul olunmaq üçün müsabiqədə iştirak etmək istəyən 481nəfərin namizədliyi qeydə alınıb.

İmtahan 2018-ci il fevralın 28-də saat 10:00-da Bakı İdman Sarayında (Bakı şəhəri, Neftçilər prospekti, 26 A) başlanır.

Test imtahanı 3 sааt dаvаm еdir. İmtаhаndа nаmizədlərə 100 suаldаn ibаrət suаl kitаbçаsı təqdim оlunаcаq: iхtisаs üzrə 80 suаl hüququn müхtəlif sаhələrini əhаtə еdir və bu sualların hər biri 1 balla qiymətləndirilir. Digər 20 suаl isə nаmizədlərin məntiqi nəticə çıxarmaq qabiliyyətini yохlаmaq üçün nəzərdə tutulub. Məntiqi suаllаrа vеrilən hər düzgün cаvаb 0.5 bаllа qiymətləndirilir. Müsabiqə qaydalarına uyğun olaraq test imtahanında 70 və dаhа çох bаl tоplаmış namizədlər növbəti mərhələyə burахılacaqlar.

Dövlət qulluğunda işləmək istəyənlər üçün - NÖVBƏTİ İMKAN - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR