Play Store

İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

Metbuat.az-ın məlumatına görə, iclasda Azərbaycanda aprelin 11-ə təyin edilən prezident seçkilərində namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş İlham Əliyevin namizədliyinin qeydə alınması məsələsinə baxılıb.

Qeyd olunub ki, İlham Əliyevin namizədliyinin qeydə alınması üçün kifayət qədər imza toplanılıb.

İclasda bildirilib ki, Yeni Azərbaycan Partiyası tərəfindən İlham Əliyevin prezidentliyə namizədliyinin qeydə alınması üçün MSK-ya 45 min seçici imzası və müvafiq sənədlər təqdim edilib. İmzaların və sənədlərin düzgünlüyü işçi qrupu tərəfindən yoxlanılıb. Seçki sənədləri kifayət qədər yüksək səviyyədə və Seçki Məcəlləsinin tələblərinə uyğun hazırlanıb. Təqdim olunan 45 min imzanın 42 mini yoxlanılıb və bu imzalar namizədliyin qeydə alınmasına kifayət etdiyi üçün imzaların yoxlanması prosesi dayandırılıb. Bildirilib ki, İlham Əliyevin prezidentliyə namizədliyinin qeydə alınması üçün hüquqi əsaslar mövcuddur.

Daha sonra məsələ səsə qoyularaq İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb.

Qeyd edək ki, bu il aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR