Məşhur model tez-tez bazara getdiyini açıqlayıb - "Kələm, ispanaq sevdiklərimdir"

Məşhur model Miranda Kerr "Harpers Bazaar" jurnalına şəxsi həyatı ilə bağlı açıqlamalar verib.

Metbuat.az xarici KİV-ə istinadən bildirir ki, tez-tez bazara gedib təzə meyvə-tərəvəz aldığını deyən model pərəstişkarlarını təəccübləndirib.

M.Kerr müsahibəsində günə limonlu isti su içərək başladığını bildirib. 34 yaşlı model "Beləliklə həzm sistemim fəal çalışır"-deyib.

Həftədə iki dəfə pilates və yoqayla məşğul olduğunu vurğulayan Miranda Kerr "Övladımla rəqs və qarın məşqləri etmək favorilərim arasındadır. Tərəvəzli yeməklərə üstünlük verirəm, kələm və ispanaq ən sevdiklərimdir"-deyib.

Modelin Orlanda Bloom ilə evliliyindən Flynn adlı 6 yaşında oğlu var. Kerrinin ikinci uşağı isə noyabr ayında dünyaya gələcək.

Aysel Yaqubqızı / Metbuat.az


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR