Ölkədə 24 nəfər qanunsuz miqrant sax­­­la­nıl­ıb - DMX

Dövlət Miqrasiya Xidməti (DMX) tə­rə­fin­­dən qanunsuz miqrasiyaya qarşı mü­ba­ri­zə tədbirlərİ da­vam etdirilir.

DMX-dan Metbuat.az-a verilən məlumata görə, qanunsuz miqrasiyaya qarşı keçirilən tədbir­lər za­ma­nı 16 nə­fər Hindistan, 5 nəfər Pakistan, 2 nəfər Nepal və 1 nəfər Türkiyə və­­tən­da­şı olmaqla, ümumilikdə 24 nəfər əcnəbi sax­­­la­nıl­ıb.

Araşdırma zamanı saxlanılan əcnəbilərdən 3 nəfər Pakistan, 1 nəfər Hindistan və 1 nəfər Türkiyə vətəndaşının Azərbaycan Respublikasına guya biznes fəaliyyəti ilə məşğul olacaqları adı altında gəldikləri, lakin onların biznes sahəsində heç bir fəaliyyətlərinin olmadığı, müraciətlərinin yalnız ölkədə yaşamaq və sərbəst hərəkət etmək məqsədi daşıdığı məlum olub.

Saxlanılan digər əcnəbilərin Azərbaycan Respublikasının ərazisində qanunsuz yaşadıqları və ölkəyə gəlişinin bəyan edilmiş məqsədini pozduqları məlum olub.

Saxlanılan əcnəbilərlə bağlı aparılan araşdırma işləri başa çatdırılıb və onların barəsində müvafiq inzibati tədbirlər görülüb.

Bu qızın nə işlə məşğul olduğunu bilsəniz - İnanılmaz / FOTOLAR - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR