Oğurluq edən dəstə üzvləri üzlərini gizlətdilər - VİDEO

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində silsilə oğurluqlar törədən şəxsləri saxlayıb.

Metbuat.az xəbər verir ki, Xırmandalı kənd sakini Şəmsəddin Qasımov polisə müraciət edərək naməlum şəxslərin ona məxsus mağazadan 150 manat pul oğurladığını bildirib.

Əməliyyat tədbirləri ilə faktı törətməkdə şübhəli bilinən Masallı sakinləri Fərhad Fərəcov, Xəlil İsmayılov və Neftçala sakini İsa Quliyev saxlanılıb. Onların Babaser kənd sakini Mais Ağayevə məxsus təmir sexindən elektrik avadanlıqlarını, “Kamaz” markalı 11 maşından ümumilikdə 22 ədəd akkumulyator və digər bir təmir sexindən 15 ədəd su motorlarını oğurladıqları da müəyyən edilib. Ətraflarında aparılan əməliyyat tədbirləri ilə həmin şəxslərin digər rayonların ərazisində analoji cinayət törətdikləri də üzə çıxıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma gedir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR