Play Store

Salih Müslümün azad olunması terrora dəstəkdir - Bəkir Bozdağ

Ankara Çexiya məhkəməsi tərəfindən YPG/PKK terror təşkilatının sabiq həmsədri Salih Müslümün azad olunmasını qınayır, bu qərarın beynəlxalq hüquqa zidd olduğunu və Türkiyə-Çexiya münasibətlərinə təsir göstərəcəyini bəyan edir.

Metbuat.az xəbər verir ki, bunu Türkiyə Baş nazirinin köməkçisi Bəkir Bozdağ bildirib.

Salih Müslüm fevralın 25-də Ankaranın sorğusu əsasında İnterpol xətti ilə Çexiyada saxlanılmışdı. Ankara terror təşkilatları ilə əməkdaşlıqda şübhəli bilinən Müslümün ekstradisiyasına çalışsa da, Praqanın şəhər məhkəməsi onu azad etmək qərarına gəlib.

“Bu qərar beynəlxalq hüquqa ziddir və terror təşkilatına dəstəkdir. Əlbəttə, bu, Çexiya ilə münasibətlərimizə təsir edəcək. Salih Müslüm, bir çox insanın, o cümlədən vətəndaşlarımızın qətlində əli olan terrorçudur. Bu, səhv qərardır və siyasi motivlər daşıyır, biz onu yolverilməz hesab edirik”, - deyə Bozdağ jurnalistlərə bildirib.

Türkiyənin Daxili İşlər Nazirliyi bu ayın əvvəllərində Salih Müslümün adını xüsusi təhlükəli cinayətkarlar siyahısına daxil edib. O, Türkiyənin ərazi bütövlüyünə qəsddə və bir sıra digər ağır cinayətlərdə ittiham olunur. Qurum Müslümün həbs olunmasına yardım edən şəxsə 1 milyon dollar mükafat vəd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR