“Real” qalib gəldi, “Valensiya” büdrədi (VİDEO)

“Real” qalib gəldi, “Valensiya” büdrədi (VİDEO)
07:11 11 Yanvar 2015
155 İdman
Ölkə mətbuatı
A- A+

İspaniya La Liqasında XVIII turun oyunları davam edir. ANS PRESS-in "Apasport"a istinadən məlumatına görə, tur “Levante” - “Deportivo” matçı ilə başlayıb.

90 dəqiqə ərzində qapılara top vurulmayıb və görüş 0:0 hesabı ilə nəticələnib.

Lider “Real” doğma azarkeşləri önündə “Espanyol”u qəbul edib. Madrid təmsilçisi kataloniyalılara 3 cavabsız qolla (3:0) qalib gəlib.

“Malaqa” “Vilyarreal”la, “Selta” isə “Valensiya” ilə 1:1 hesablı heç-heçəyə razılaşıb.

Turun mərkəzi qarşılaşması “Nou Kamp”da baş tutacaq. Eyni xalla 2-3-cü yerlərdə qərarlaşan “Barselona” ilə “Atletiko” münasibətlərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, tura “Rayo Valyekano” - “Kordoba” görüşü ilə yekun vurulacaq.


İspaniya La Liqası
XVIII tur
9 yanvar
“Levante” – “Deportivo” - 0:0

10 yanvar
“Real” – “Espanyol” - 3:0
Qollar: Xames, 12, Beyl, 28, Naço, 76



“Malaqa” – “Vilyarreal” - 1:1
Qollar: Amrabat, 60 - dos Santos, 45+1

“Selta” – “Valensiya” - 1:1
Qollar: Orellana, 61 - Rodriqo, 43

“Eybar” – “Xetafe” - 2:1
Qollar: Del Moral, 33, Kapa, 51 - Kastro, 80

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR