“Taliban” hərəkatı ABŞ-ı ay ərzində ikinci dəfə danışıqlara çağırıb

“Taliban” hərəkatı Əfqanıstandakı münaqişənin dinc yolla həlli yollarını tapmaq üçün ABŞ-ı yenidən birbaşa danışıqlara çağırıb.

Metbuat.az bu barədə xarici KİV-lərə istinadla xəbər verir.

“Əfqanıstan İslam Əmirliyinin siyasi bürosu Amerika hökumətini Əfqanıstan probleminin dinc yolla həlli üçün birbaşa danışıqlar aparmağa çağırır”, - deyə “Taliban” hərəkatının bəyanatında bildirilir.

ABŞ-ın bu çağırışa da cavab vermədiyi vurğulanır.

Fevral ayında “Taliban” amerikalılara və ABŞ Konqresinə ünvanlanan və dialoqa çağırışın yer aldığı açıq məktubun məzmununu dərc etmişdi.

Qeyd edək ki, 2014-cü ildə Amerikanın hərbi kontingenti Əfqanıstanı tərk etdikdən sonra ölkənin cənub rayonlarının bir çoxu “Taliban” hərəkatının nəzarətinə keçib. Həmçinin regionda İŞİD qruplaşması da aktiv fəaliyyət göstərir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR