Norveç Təqaüd Fondu keçən il 131 milyard dollar qazanıb

Dünyanın ən böyük fondu olan Norveç Təqaüd (Neft) Fondu 2017-ci ildə 131 milyard dollar gəlir əldə edib.

Metbuat.az xəbər verir ki, aktivləri 1 trilyon dollara çatan Norveç Təqaüd Fondu ötən il 13,7 faiz gəlirlilik nümayiş etdirib.

Dünyadakı səhmlərin orta hesabla 1,4 faizinə sahib olan və mərkəzi ofisi Osloda yerləşən fond gəlirlərini artırmaq üçün öz portfelində səhmlərin payını 70 faizə çatdırmaq niyyətindədir.

Fondun baş icraçı direktoru Yngve Sylnsatad deyib: “Norveç Təqaüd Fondunun gəliri yaradıldığı gündən bu yana 4.000 milyard Norveç kronunu aşıb”.

Qeyd edək ki, Norveç Təqaüd Fondu 1990-cı ildə qurulub və fondun aktivləri ölkənin ümumi daxili məhsulundan 2,5 dəfə çoxdur. Fond 77 ölkədə 8 min 858 şirkətə investisiya yatırır. Fondun investisiyalarının 65,1 faizi səhmlərdə, 32,4 faizi sabit gəlirli investisiyalarda, 2,5 faizi isə qeyri-dövlət əmlakı mülkiyyətindədir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR