Play Store

Azərbaycan təcrübəsi BMT çərçivəsində təşviq edilməlidir - Maykl Muller

Xarici İşlər Naziri Elmar Məmmədyarov BMT-nin Cenevrə Bölməsinin Baş direktoru Maykl Muller ilə görüşüb

Nazirlikdən Metbuat.az-a verilən məlumata görə, görüşdə keçən il Azərbaycanın BMT-yə üzvlüyünün 25 illiyinin tamam olduğunu qeyd edən nazir E.Məmmədyarov ölkəmizdə sosial-iqtisadi inkişaf və Davamlı İnkişaf Məqsədlərinin yerinə yetirilməsi sahəsində aparılan siyasət və əldə olunmuş tərəqqi barədə məlumat verib.

E.Məmmədyarov ölkəmizin BMT-nin müxtəlif strukturlarında fəal iştirak etməklə 2012-2013-cü illərdə Təhlükəsizlik Şurasına və 2017-2019-cu illər üçün yenidən İqtisadi və Sosial Şuraya seçildiyini deyərək Azərbaycanın həmçinin BMT-nin qlobal inkişafla bağlı təşəbbüslərində yaxından iştirak etdiyini vurğulayıb. Ölkəmizin BMT-nin 2030-cu ilə qədər olan dövrdə Davamlı İnkişaf üzrə Gündəliyə qoşulmasından məmnunluğunu ifadə edən nazir Azərbaycanın milli inkişaf strategiyasını Davamlı İnkişaf Məqsədləri ilə uyğunlaşdırmaq üçün bir sıra dövlət proqramlarını qəbul etdiyini bildirib.

Nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıq prosesi barədə məlumat verib və münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməli olduğunu vurğulayıb.

M.Muller Azərbaycanın BMT-nin ən fəal üzvlərindən biri olduğunu qeyd edərək, ölkəmizin sürətli inkişafının, sosial-iqtisadi məsələlərin həllindəki qərarlarının örnək olduğunu bildirib. BMT tərəfindən qəbul edilmiş və 17 sahəni əhatə edən “2030: Davamlı inkişaf hədəfləri” strategiyası ilə bağlı Azərbaycanda ciddi işlər görüldüyünü bildirən M.Muller Azərbaycan təcrübəsinin BMT çərçivəsində təşviq edilməli olduğunu vurğulayıb.

E.Məmmədyarov Azərbaycanın BMT-yə üzv qəbul edilməsinin 25-ci ildönümü münasibətilə BMT-nin Cenevrə bölməsinə Azərbaycan dövlətinin hədiyyəsi olaraq təqdim edilən “Düşüncələr və arzular” adlı heykəltəraşlıq abidəsinin mövcud müsbət əməkdaşlığımızın rəmzi nümunəsi olduğunu deyib.

Daha sonra qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR