Afrində 537 kvadrat km ərazi terrorçulardan təmizlənib

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya ordusunun Afrində həyata keçirdiyi əməliyyatlar nəticəsində məhv edilən terrorçuların sayı 2083-ə çatıb.

Metbuat.az-ın məlumatına görə, təkcə ötən gecə YPG-PYD və İŞİD terror qruplaşmasının 24 üzvü zərərsizləşdirilib.

"Zeytun Budağı" əməliyyatı çərçivəsində ümumilikdə 537 kvadrat km ərazi terrorçulardan təmizlənib. Hazırda şimal və qərb cəbhələrində şiddətli döyüşlər davam edir.

Sübhan / METBUAT.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR