Papua-Yeni Qvineyada zəlzələ nəticəsində ölənlərin sayı 34-ə çatdı

Papua-Yeni Qvineyada baş verən rixter cədvəli üzrə 7,5 bal gücündəki zəlzələ nəticəsində ölənlərin sayı 34-ə çatıb. 300-ə qədər insan xəsarət alıb. Onlardan bəzilərinin vəziyyəti ağırdır.

Metbuat.az-ın məlumatına görə, yeraltı təkanlar səbəbiylə bir neçə ev dağılıb. Dağıntılar altında insanların qaldığı istisna edilmir. Bildirilir ki, yeraltı təkanların episentri Enqa əyalətindən 40 km məsafədə, yerin 35 km dərinliyində yerləşib.

Bu zəlzələdən bir neçə saat sonra isə bölgədə 6,3 və 5,5 bal gücündə daha 2 güclü seysmik titrəyiş baş verib. Ölən və yaralanan olmasa da, evlərə ziyan dəyib

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR