Play Store

​ABŞ-da azı 6 nəfər daşqınların qurbanı olub

ABŞ-ın cənub-şərq əyalətlərində güclü küləklə müşahidə olunan aramsız yağışlar daşqınlara yol açıb.

Metbuat.az-ın məlumatına görə,təbii fəlakət daha çox Miçiqan, Kentukki və Arkanzas ştatlarına ziyan vurub. Bu əyalətlərdə azı 6 nəfər daşqınların qurbanı olub. 20-yə qədər insan xəsarət alıb. Yüzlərlə nəqliyyat vasitəsi sıradan çıxıb. Çox sayda ev suya qərq olub.

Naqillər sıradan çıxdığından 20 mindən çox evə elektrik enerjisinin verilməsi dayanıb. Qeyri-sabit hava şəraitinin bir neçə gün davam edəcəyi barədə xəbərdarlıq edilib.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR