Ermənistan tərəfi dezinformasiya yayaraq gələcək təxribatlara zəmin yaradır - MN

Azərbaycan-Ermənistan dövlət sərhədində erməni kəndinin guya Azərbaycan Ordusunun bölmələri tərəfindən atəşə tutulması barədə Ermənistan tərəfinin yaydığı xəbər növbəti dezinformasiyadır.

Metbuat.az-ın məlumatına görə, bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildiriblər.

“Bu ermənilərin növbəti dezinformasiyasıdır. Bu cür bəyanatla onlar gələcək təxribatlarına zəmin yaradırlar”, - deyə Müdafiə Nazirliyinin şərhində bildirilir.

Qeyd edək ki, bu gün erməni mətbuatında Ermənistanın Azərbaycanla həmsərhəd olan Tavuş vilayətinin kəndlərindən birinin guya Azərbaycan Ordusunun bölmələri tərəfindən atəşə tutulması barədə xəbər yayılıb. /Apa

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR