Bakıda mənzildə 71 yaşlı kişinin meyiti tapılıb

07:17 11 Yanvar 2015
144 Digər
Ölkə mətbuatı
A- A+

[ 11 Yanvar 2015 05:50 ]


Bakı-APA. Bakının Nizami rayonunda mənzildə bağlı qapı arxasında 1941-ci il təvəllüdlü kişi köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat daxil olub.  APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, dərhal  xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Mənzilə baxış keçirilərkən Salahov Bəxtiyar Fətəli oğlu hamam otağında huşsuz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində B.Salahovun vəfat etdiyi müəyyən olunub. Qeyd olunan şəxsin meyiti xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.  


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368674

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR