Britaniyada güclü qar ciddi problemlərə səbəb olub

Britaniyada güclü qar ciddi problemlərə səbəb olub.

Metbuat.az xəbər verir ki, Britaniyanın Kent, Surrey, Suffolk və Sasseks şəhərləri qardan ən çox zərər görən bölgələrdir. Bu ərazilərdə qar 10 santimetrədək yüksəlib. Yüzlərlə qatar səfərləri təxirə salınıb. Yollarda baş verən qəzalar nəticəsində maşınların hərəkətində ciddi problemlər yaranıb. Ölkənin bir çox ərazilərində məktəblərə tətil verilib.

Britaniya Daxili İşlər Nazirliyinin yaydığı məlumatda xüsusilə qeyd edilən ərazilərdə yaşayanların mümkün qədər evlərini tərk etməmələri, sürücülərin isə yola çıxmamaları məsləhət görülür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR