Play Store

Mənzildə köməksiz qalan 3 azyaşlı xilas edilib - Gəncədə

Gəncədə köməksiz qalan 3 nəfər azyaşlı xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Metbuat.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, şəhərin Nizami rayonunda 3 nəfər azyaşlı giriş qapısının kilidinin sınması nəticəsində evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri evin qapısının açılmasını təmin edib.

Əməliyyat başa çatıb.

Bu qızın nə işlə məşğul olduğunu bilsəniz - İnanılmaz / FOTOLAR - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR