İl ərzində 700-dən çox nəqliyyat vasitəsi kart sisteminə keçəcək

Bakı Nəqliyyat Agentliyi bu il ərzində 700-dən çox nəqliyyat vasitəsini kart sisteminə keçirməyi nəzərdə tutur.

Metbuat.az trend-ə istinadən xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin direktorunun müşaviri Mübariz Abbasov deyib.

Onun sözlərinə görə, nağdsız ödəniş sistemi nəqliyyat sistemində şəffaflığı təmin edir:"Bu sistem sürücü məsuliyyətini artırır. Sürücü artıq sovet dövründən qalma "plan vermə" sistemi ilə işləmir".

M.Abbasov bildirib ki, Bakı Nəqliyyat Agentliyi fəaliyyəti dövründə 50-dən çox yeni nəqliyyat vasitəsi gətirib.

Direktor müşaviri əlavə edib , dövlət tərəfindən 300-350 nəqliyyat vasitəsinin gətirilməsi planlaşdırılır.

Bakı şəhər kartının VAXT LİMİTİ və QİYMƏTLƏRİ - Açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR