İrandan Azərbaycana keçirilən narkotiki it tapdı - DGK

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran ərazisindən Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi sərnişin avtobusuna baxış keçirilib.

Dövlət Gömrük Komitəsindən (DGK) Metbuat.az-a verilən məlumata görə, kinoloji xidmət itinin tətbiqi ilə keçirilən baxış zamanı, xidməti it avtobusun iki sərnişin oturacağına reaksiya verib. Xidməti itin reaksiyasına əsasən, həmin oturacaqların ətrafı əsaslı yoxlanılıb.

Nəticədə, avtobusun yan divarına tərəf olan oturacağın üzlüyünün altında 2 ədəd bükümdə, xalis çəkisi 93,18 qram olan narkotik vasitə - heroin aşkar edilib.

2 yaşlı uşağın bu şəkildə qaçırılması polisi şoka saldı - Anbaan VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR