Aktyor ölmədən öncə 150 min lirəyə qəbir aldı

Türkiyənin məşhur “Yeşilçam” ulduzu Serdar Gökhan ölümünü düşünərək özünə qəbir yeri alıb.

Metbuat.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, aktyor ölmədən öncə 4 nəfərlik məzar yeri alıb.

Həmin yer Zincirlikuyuda yerləşir. Akytyor bu yerlərə nə az, nə də çox 150 min lirə (təxminən 75 min manat) sayıb.

Qeyd edək ki, “Diriliş Ertuğrul”, “Mehmetçik Kutul Amare” seriallarında rol alan Serdar Gökhan uzun müddət Amerikada yaşayıb. 2005-ci ildə Türkiyəyə qayıdan aktyor elə həmin il özündən 33 yaş kiçik Çükran Gökhanla ailə qurub.

Cütlüyün Alperen adlı bir oğlu var.

Aparıcı Vüsalə Əlizadə qərar verdi - FOTO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR