Play Store

Azərbaycanda daha 11 qanunsuz miqrant saxlanılıb - DMX

Dövlət Miqrasiya Xidmətinin qanunsuz miq­ra­siyaya qarşı keçirdiyi təd­birlər za­ma­nı 5 nə­fər Hindistan, 3 nəfər Pakistan, 2 nə­fər Banqladeş və 1 nəfər Əfqanıstan və­­tən­da­şı olmaqla, ümumilikdə 11 nə­fər əcnəbi sax­­­la­nılıb.

Dövlət Miqrasiya Xidmətindən Metbuat.az-a verilən məlumata görə, araşdırma zamanı saxlanılan əcnəbilərdən 2 nəfər Pakistan və 2 nəfər Banqladeş vətəndaşının Azərbaycan Respublikasına guya biznes fəaliyyəti ilə məşğul olacaqları adı altında gəldikləri, lakin onların biznes sahəsində heç bir fəaliyyətlərinin olmadığı, müraciətlərinin yalnız ölkədə yaşamaq və sərbəst hərəkət etmək məqsədi daşıdığı məlum olub.

Saxlanılan digər əcnəbilərin Azərbaycan ərazisində olma və yaşama qaydalarını pozduqları aşkar edilib.

Bununla da əcnəbilər tərəfindən Azərbaycan Res­publikasının miqrasiya qanunvericiliyinin tələblərinin pozulduğu müəyyən edilib və barələrində müvafiq inzibati tədbirlər görülüb.

24 yaşlı ayının FOTOLARI izlənmə rekordları qırdı - Çox maraqlıdır - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR