"Niyə türklər özlərini fahişə obrazına çəkmirlər?" - Aktrisadan QALMAQALLI açıqlamalar/ FOTOLAR

Cazibədar aktrisa Nərgiz Əliyeva (Nara Jasmin) cəsarətli açıqlaması ilə diqqət çəkib.

Metbuat.az-ın məlumatına görə, aktrisa Nərgiz Əliyeva əcnəbi filmlərdə, seriallarda azərbaycanlı aktyor və aktrisaların epizodik və ya fahişə, oğru, fırıldaqçı obrazında çəkilməsinə sərt reaksiya verib:

"Düzdür aktyor və ya aktrisa üçün rolun böyüyü, kiçiyi olmaz. Ancaq niyə hər zaman bizi ya oğru, ya fahişə obrazında çəkməyə razı olaq ? Niyə türklər özlərini fahişə obrazına çəkmirlər? Onlar bizi məşhur etməzlər axı... Bizimkilər podiuma çıxır, epizodik rola çəkilir sonra isə məşhur olmağı gözləyir. İllərlə Türkiyədə yaşasalar da, məşhur ola bilmirlər. Türklər özlərini qoyub, bizi məşhur etməzlər. Niyə də bizi məşhur etməlidirlər axı ? Əslində onları qınamıram. Ancaq bizimkilər Türkiyənin məşhurlarını görəndə yerə yıxılırlar. Elə qızlar var damarlarını kəsir hansısa türk məşhur üçün. Axı o, heç sənin varlığından bixəbərdi. Nəyə lazım elə lazımsız hərəkətlər? Mən şəxsən o şəxsləri qınayıram”.

Aparıcı Vüsalə Əlizadə qərar verdi - FOTO - Oxumaq üçün tıkla

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR