İlham Əliyev xalça sənətinin qorunmasına dair Dövlət Proqramını təsdiq edib

Prezident İlham Əliyev "Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

İqtisadiyyat Nazirliyinə tapşırılır ki, sərəncamla təsdiq edilmiş Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirsin; Dövlət Proqramının icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Prezidentinə məlumat versin.

Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR