Almatı vilayətində daşqın səbəbindən fövqəladə vəziyyət rejimi

Qazaxıstanın bir neçə vilayətində qarın əriməsi ilə əlaqədar yaranan daşqın nəticəsində küçələri, həyət evlərini su basıb.

Metbuat.az-ın məlumatına görə, daşqın səbəbindən Almatı vilayətinin Jambıl rayonunda fövqəladə vəziyyət rejimi elan olunub. Min nəfər evakuasiya edilib.

Qazaxıstanın Fövqəladə Hallar Komitəsinin xilasediciləri Pavlador, Aköbə, Almatı vilayətlərində daşqınların qarşısının alınması üçün tədbirlər görürlər. Daşqınlar zamanı ölən və xəsarət alan olmayıb.

Hər il baş verən təbii fəlakət zamanı bir çox kənd və rayonlara xeyli ziyan dəyir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR