Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsinə dair dəlillər

ABŞ kəşfiyyatı Rusiyanın 2016-cı ildə keçirilən president seçkiləri zamanı 7 ştatda səsvermə sisteminə müdaxilə etməsinə dair dəlillər əldə edib.

Metbuat.az-ın məlumatına görə, NBC telekanalı bir neçə yüksək rütbəli məmura istinadən xəbər verir ki, hələ seçkilərə qədər Rusiya gizli agentləriylə bəzi saytlara və qeydiyyat sisteminə müdaxilə edib.

İddia olunur ki, səsverməyə müdaxilə olunan ştatlar Alyaska, Arizona, Kaliforniya, Florida, İllinoys, Texas və Viskonsindir. Lakin bu ştatlardan 6-sı özlərinin kiberaraşdırmalarının nəticələrini əsas gətirərək, seçki sisteminin üzə çıxmasıyla bağlı iddiaları təkzib edib.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR