​ABŞ Fort mayer hərbi bazasına

ABŞ Arlinqton əyalətindəki Fort mayer hərbi bazasına şübhəli zərf daxil olub.

Metbuat.az-ın məlumatına görə, məktubun açılmasından sonra 11 hərbçi müxtəlif dərəcəli xəsarətlər alıb. Onlardan 3-ü hospitala yerləşdirilib. Bildirilir ki, bu şəxslərdə yanıqlar və burun qanaxmaları qeydə alınıb. Hazırda onların səhhəti normal qiymətləndirilir.

Mütəxəssislər zərfdə hansı maddənin olduğunu və onu göbndərən şəxsin kimliyini müəyyənləşdirməyə çalışır. Hadisənin araşdırılması üçün hərbi bazaya Federal Təhqiqatlar Bürosunun əməkdaşları da cəlb olunub.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR