Avropa dövlətləri terroru dəstəkləyir -

Türkiyənin Xarici İşlər naziri Mövlut Çavuşoğlu Çexiyada PYD-PKK terror qruplaşmasının keçmiş lideri Salih Müslümün azadlığa buraxılmasına münasibət bildirib.

Metbuat.az-ın məlumatına görə, o qeyd edib ki, Çexiya məhkəməsinin qərarı əslində, Avropa dövlətlərinin terror və terror qruplarına olan münasibətini göstərib. Çavuşoğlu bildirib ki, Salih Müslüm Türkiyədə bir sıra terror hücumlarına görə birbaşa məsuliyyət daşıyır.

PYD-nin keçmiş lideri hansı ölkəyə getsə belə, Türkiyə onun axtarışlarını davam etdirəcək: “Salih Müslümə bundan sonra heç bir dövlətdə rahatlıq olmayacaq. Türkiyə ölkə üçün təhlükə törədən bütün terrorçuları zərərsizləşdirənə qədər mübarizəsinə davam edəcək”.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR