​Əfqanıstan hakimiyyəti "Taliban"la

Əfqanıstan hakimiyyəti Taliban hərəkatıyla sülh danışıqlarına hazırdır.

Metbuat.az-ın məlumatına görə, prezident Əşrəf Qani “Kabil prosesi” konfransında bəyan edib ki, Taliban hərəkatına sülh danışıqlarına başlamaq üçün heç nə mane olmur. Onun sözlərinə görə, dialoqa başlamaq üçün atəşkəslə bağlı razılıq artıq əldə olunub. Daha sonra müəyyən hüquqi baza yaradılacaq.

Taliban hərəkatı siyasi partiya kimi tanınacaq. Əşrəf Qani əlavə edib ki, sülh anlaşması imzalansa, Taliban hərəkatının bütün üzvləri hakimiyyətin “qara siyahısı”ndan çıxarılacaq. Onlara Əfqanıstan pasportları veriləcək. Həbsdə olanlar isə azadlığa buraxılacaq və ailələriylə yaşamaqlarına icazəı veriləcək.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR