ABŞ prezidenti Ərəb ölkələrini Tehrana qarşı birgə

ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salman və Birləşmiş Ərəb Əmirliklərinin vəliəhdi Məhəmməd əl-Nahayanla telefon əlaqəsi yaradıb.

Metbuat.az-ın məlumatına görə, prezident hər iki şəxslə söhbətində İranın bölgədəki fəaliyyəti barədə müzakirələr aparıb. Tramp İranın Suriya və Yəməndəki hərbi fəaliyyətindən narahatlıq ifadə edib və Tehrana qarşı birgə mübarizənin vacib olduğunu diqqətə çatdırıb.

Tərəflər həmçinin, Fars körfəzinin ərəb ölkələri Şurasının xəttiylə əməkdaşlıq və iqtisadi məsələləri müzakirə edib.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR