Publika.az və Teleqraf.com 6 yaşını qeyd edir

Bu gün Publika.az və Teleqraf.com saytlarının 6 yaşı tamam olur.

Metbuat.az-ın məlumatına görə, Publika.az xəbər portalı 2012-ci il martın 1-də fəaliyyətə başlayıb. Saytda xəbərlərlə yanaşı, geniş araşdırmalar, təhlillər, müsahibələr, həmçinin oxucunu maraqlandıran layihələr yer alır.

Portalın iş prinsipi gündəmə uyğun xəbərlər hazırlamaq, yeni informasiya istehsal etmək, siyasətdən tutmuş şou-biznesə qədər bütün sahələri əhatə etmək və hər kateqoriyadan olan oxucuları məlumatlandırmaqdır.

Qeyd edək ki, Teleqraf.com və Publika.az eyni şirkətə məxsus saytlardır.

Publika.az və Teleqraf.com kollektivlərini təbrik edir, fəaliyyətlərində yeni uğurlar arzulayırıq!

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR