Play Store

30 ildir ki, ölmüş anasının mumiyası ilə yaşayır və... - Dəhşətli hadisə / VİDEO + FOTOLAR

Ukraynanın Nikolayev şəhərində polis əməkdaşları axtarış zamanı 77 yaşlı bir qadını anasının mumyalanmış cəsədi ilə yaşayarkən tapıb.

Metbuat.az xəbər verir ki, polis cəsədin zibillərlə dolu evdə ən az 30 il olduğunu bildirib. Hadisə yerində çəkilən fotoşəkillərdə dəhlizdə yatan cəsədin yanında dini şəkillər görünür. Üzərində ağ paltar olan mumiyanın ayaqlarında isə mavi ayaqqabı ilə yaşıl corab diqqət çəkir.

Polisin açıqlamasına görə, onlar evə girdikləri zaman iflic olduğu deyilən qadın yerdə köməksiz halda tapılıb. Məlumata görə, xəstə qadın illərdir ölmüş anasının cəsədi ilə yaşayıb. Onun qonşularla əlaqəsinin olmadığı, heç kimə qapısını açmadığı bildirilib.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR