Təcavüzə uğradığı deyilən qızın ifadəsi polisi şoka saldı

Türkiyənin Ataşehir ərazisində cinsi istismara məruz qaldığı iddiası ilə xilas edilən qızın ifadəsi hər kəsi təəccübləndirib.

Metbuat.az xəbər verir ki, polis İstanbul Ataşehir Kayışdağı məhəlləsində qaz fermasında uşaq evindən qaçan 17 yaşlı H.K.K-nın silah gücünə saxlanaraq cinsi istismara məruz qaldığı iddiası ilə oraya basqın edib. Basqın zamanı evdən qızlara aid CD, iki ədəd tapança və 180 ədəd mərmi ələ keçirilib. Fermanın sahibi Abuzər Sayanın Ataşehirdəki evinə də basqın edən polis oradan 17 yaşlı H.K.K adlı qızı tapıb.

Qız ifadəsində "Bir müddət anamla birlikdə onun evində qalmışıq. Uşaqlarına baxmaq qarşılığında məni evində saxlayırdı. Mən ondan heç bir ziyan görmədim"-deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR