Ermənistanın Müdafiə Nazirliyinin dərman bazasından 40 milyon dram məbləğində oğurluq edilib.
Bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayb. Qeyd olunub ki, hərbi polis tərəfindən aparılan araşdırma zamanı məlum olub ki, 2015-17-ci illərdə “N” saylı hərbi hissənin içərisində olan dərmanların mərkəzi bazasından 40 milyon dram məbləğində dərman və tibbi avadanlıq oğurlanıb.
Faktla bağlı cinayət işi açılıb. “N” saylı hərbi hissənin komandir müavini, mayor L.A tutulub. Qeyd olunub ki, hazırda cinayətdə əli olan bütün şəxslər müəyyən edilir.
Milli Məclisdə QƏBUL GÜNLƏRİ açıqlandı -SİYAHI - Oxumaq üçün tıkla