30 manatlıq biletə görə canından oldu - Dəhşətli hadisə /VİDEO

Çinin Zhejiang əyalətinin Ninqbo zooparkında dəhşətli hadisə baş verib.

Metbuat.az xəbər verir ki, 30 manatlıq bileti almadan zooparka keçmək istəyən Li adlı şəxs 3 nəfərlə birlikdə 3 metr yüksəklikdəki hasara dırmanıb. Həyat yoldaşı və uşaqlarına bilet alan, ancaq özü içəri qeyri-qanuni yollarla girən şəxs Sibir pələnglərinin olduğu qəfəsə düşüb.

Pələnglərin hücumuna məruz qalan Li ailəsinin gözü önündə faciəvi şəkildə ölüb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR