Qara taxtada dərs keçən müəllimə məşhur şirkətdən jest

Texnologiya dərsi keçən müəllim işlədiyi məktəbdə kompüter olmadığı üçün dərsi taxtaya qeyd edərək başa salır.

Metbuat.az xəbər verir ki, Qanada yerləşən məktəblərin birində texnologiyadan dərs deyən Riçard Appiah Akoto adlı müəllim bu üsula məcbur əl atdığını bildirib. O, "Microsoft Word"un ekran görüntüsünü qara taxtaya yazaraq uşaqlara başa salıb. Bununla bağlı çəkilən fotolar minlərlə insanın marağını çəkib.

Fotoşəkilləri görən "Microsoft" şirkəti məktəbə kompüter göndərəcəklərini bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR