Ermənistan prezidenti Türkiyə ilə protokolları ləğv etdi

Ermənistan prezidenti Serj Sarkisyan2009-cu ildə imzalanmış Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması haqqında protokollarının ləğv olunduğunu elan edib.

Metbuat.az-ın məlumatına görə, Sarkisyan Milli Təhlükəsizlik Şurasının iclasında bu protokolların etibarsız hesab olunduğunu bəyan edib.

Qeyd edək ki, iki ölkə arasında münasibətlərin normallaşması haqqında protokollar 2009-cu il oktyabrın 10-da XİN rəhbərləri arasında imzalansa da, parlamentlərdə ratifikasiya olunmamışdı.

Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələr 1993-cü ildə dayandırılıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR