İran prezidenti Azərbaycana səfər edəcək - Martda

Martın sonunda İran prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri gözlənilir.

Bu barədə Metbuat.az-a diplomatik mənbədən məlumat verilib.

Mənbənin məlumatına görə, gələn həftə Bakıya İran hökumətindən nümayəndə heyəti gələcək və bu səfər zaman İran prezidentin səfərinin proqramı müzakirə olunacaq.

Məlumatda qeyd olunur ki, İran prezidentinin səfəri martın 28-i baş tutacaq.

Səfər çərçivəsində H.Ruhaninin Naxçıvan Muxtar Respublikasına və Neftçalaya gedəcəyi də gözlənilir.

Diplomatik mənbə bildirib: “Səfər zamanı iqtisadi əməkdaşlıq üzrə bir sıra sazişlər imzalanacaq”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR