Qlazqo hava limanı qar fırtınası səbəbindən

Şotlandiyanın Qlazqo şəhərinin hava limanı qar fırtınası səbəbindən ən azı yerli vaxtla saat 15:00-a (Bakı vaxtı ilə 19:00) qədər bağlanıb.

Metbuat.az xəbər verir ki, indiyə qədər aeroportda 120-dən çox aviareys ləğv olunub.

“Əməkdaşlarımız fevralın 27-si axşam saatlarından başlayaraq dayanmadan qarı təmizləyir. Sərnişinlərə aeroporta gəlməməyi məsləhət görürük”, - deyə hava limanının saytında bildirilir.

Şotlandiyanın cənub-qərbində qar fırtınası səbəbindən elan olunan ən yüksək – qırmızı hava şəraiti xəbərdarlığı hələ də davam edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR