Ukraynanın 6 şəhərində aeroportların fəaliyyəti dayanıb

Martın 1-də qeyri-sabit hava şəraiti səbəbindən Ukraynanın 6 şəhərində hava limanları fəaliyyətini dayandırıb.

Metbuat.az xəbər verir ki, Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, Dnepr, Poltava, Sumı, Zaparojye, Vinnitsa, Krivoy Roq şəhərlərinin aeroportlarında uçuşlar ləğv olunub.

Bundan başqa, 170-ə yaxın yaşayış məntəqəsi hələ də işıqsız qalır.

Kiyev şəhərində küçələrin qardan təmizlənməsi işinə hərbçilər cəlb edilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR