Avropa parlamenti Polşa əleyhinə sanksiya prosedurunu dəstəkləyib

Milli məhkəmə islahatlarında Avropa prinsiplərini pozduğuna görə Polşa əleyhinə sanksiya prosedurunu işə salmaq Avropa Komissiyasının qərarı Avropa Parlamenti tərəfindən dəstəklənib.

Metbuat.az xəbər verir ki, Avropa Parlamentinin bu gün Brüsseldə keçirilən sessiyasında deputatların əksəriyyəti qərarın lehinə səs verib.

Sanksiya proseduru Varşavanın Aİ Şurasında səs hüququndan müvəqqəti məhrum edilməsi ilə nəticələnə bilər ki, bu da Avropa İttifaqı tarixində ilk belə hadisədir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR