Çexiya terrora dəstək verir - Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çexiyada PYD-PKK terror qruplaşmasının keçmiş lideri Salih Müslümün azadlığa buraxılmasına münasibət bildirib.

Metbuat.az-ın məlumatına görə, Əlcəzairdə jurnalistlərin suallarını cavablandıran Ərdoğan qeyd edib ki, Çexiya məhkəməsinin qərarı əslində, Avropa dövlətlərinin terror və terror qruplarına olan münasibətini göstərib. Onun sözlərinə görə, terrorçunun sərbəst buraxılmasının bəhanəsi ola bilməz.

Ankaranın səylərinə baxmayaraq, Praqa yalnış addım atdı deyən Ərdoğan, PKK-yı terror qruplaşması kimi qəbul edən Avropa Birliyi ölkəsininbelə davranış sərgiləməsindən narahatlıq ifadə edib.

Sübhan / METBUAT.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR