Suriya ilə Şimali Koreya arasındakı əlaqələr üzə çıxdı

Koreya Xalq Demokratik Respublikası Suriyaya kimyəvi silahların hazırlanması üçün ləvazimatlar göndərib.

Metbuat.az-ın məlumatına görə, BMT mütəxəssisləri tərəfindən hazırlanan hesabatda qeyd olunur ki, 2012-2017-ci illər arasında Suriyaya ümumi çəkisi 50 ton olan azı 40 dəfə yük daşınıb. Vaşinqton post qəzetinin məlumatına görə, yüklərin daşınmasını Çin və digər ölkələrə məxsus gəmilər həyata keçirib.

Pxenyan bu ticarət vasitəsiylə əldə etdiyi vəsaiti nüvə və ballistik raket proqramlarının inkişafına xərcləyir. Məsələ barədə açıqlama verən BMT-nin rəsmi nümayəndəsi Stefan Dujarrik isə bildirib ki, hesabat hələlik rəsmi olaraq yayımlanmayıb. Məlumatlar rəsmən açıqlandıqdan sonra bu barədə ətraflı danışmaq olar.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR