Ərəb ölkələri Qətər qarşısında şərt irəli sürdü

Səudiyyə Ərəbistanı, Misir Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri Qətər böhranı ilə bağlı birgə bəyanat yayıb.

Metbuat.az-ın məlumatına görə, bəyanatda qeyd olunur ki, körfəz ölkələri arasında yaşanan gərginlik Kuveytin vasitəçiliyi iləaradan qaldırıla bilər. Bildirilib ki, Qətər artıq seçim etməlidir. Doha yaxşı qonşuluq siyasəti yürüdüb bölgə ölkələri ilə əməkdaşlıq etməli ya da beynəlxalq hüquq normalarını pozmaq istiqamətində irəliləməlidir.

Bundan əlavə, açıqlamada Dohayla yaşanan gərginliyin "kiçik problem" kimi təqdim olunması diqqət çəkib.

Qeyd edək ki, 9 ay əvvəl bir sıra ərəb ölkələri Qətəri terroçu qruplaşmalara dəstək verməkdə ittiham edərək, onunla diplomatik əlaqələri kəsib.

Sübhan / METBUAT.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR