Play Store

PYD-YPG terrorçuları qətliam törətdi - 417 dinc insan öldürüldü

Suriyanın Afrin bölgəsində PYD-YPG terrorçuları Türkiyə ordusuna qarşı əməkdaşlıqdan imtina edən 417 dinc insanı qətlə yetirib.

Metbuat.az-ın məlumatına görə, bu barədə kəşfiyyat təşkilatları tərəfindən hazırlanan 25 səhifəlik hesabatda qeyd olunur. Bildirilir ki, qətlə yetirilən mülki vətəndaşlardan 211-i uşaqdır.

Bundan əlavə,sərhəd bölgəsində yaşayan sakinlər, telefonla Türkiyə hüquq-mühafizə orqanları ilə əlaqə saxlayaraq, 44 uşağın terrorçular tərəfindən qaçırıldığını bildirib. Dərhal hərəkətə keçən, kəşfiyyatçılar, onlardan bəzilərinin izinə Hələb və Qamışlı şəhərlərində rast gəlib.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR